Əsas Səhifə | Haqqimizda | Zerduşt dine | Əlaqə | Linkler

ZƏRDÜŞTÜN HƏYAT TARİXÇƏSİ

 

Zərdüştün* fərdi həyatinin ilk illəri ilə bağli əlimizə çatan məlumat olduqca cüzidir. Bildiyimiz kimi, eramizin Vll əsrində Zərdüştilərin yaşadiği geniş ərazilər ərəb işğalina məruz qaldi. Həmin dövrlərdə Zərdüştilik təliminə aid olan çoxlu sayda əlyazma ərəblər tərəfindən yandirildi. Buna görə də Zərdüştün həyati barədə biliklərimiz başlica olaraq vaxtikən bu əlyazmalari oxumuş olan Zərdüştilərin nəsildən nəsilə ötürdüyü şifahi məlumata əsaslanir. Bu qayda ilə Zərdüştilər özlərinin bir sira müqəddəs və dini-təlimi yazilarini əzbər mənimsəmişlər.

Təxminən eramizdan əvvəl 1780 illərdə İranin shimal-qərbində (indiki Azerbaycan ərazisi)* bir çay kənarinda Spitama adini daşiyan tayfa (eyni əcdada malik ailələr birliyi) yaşarmiş. Tayfadaki ailələrdən birinin başçisi Heçadaspa idi ki, onun Puruşaspa və Arəsti adli iki oğlu vardi.

Puruşaspa Duğdoua** adli cavan qadinla evlənmişdi. Duğdoua öz hamiləliyinin beş ayliğinda ikən onu təşvişə salan yuxu görmüşdü; görmüşdü ki, dünya dağilir... və bu vaxt bir mələk ona tərəf gələrək deyir: "Sən öz bətnində gələcəyin ali peyğəmbərini daşiyirsan. Elə bir peyğəmbəri ki, gələcəkdə o, dünyani yaxşiliğa doğru dəyişməyə qadir olacaq".

Rəvayətə görə, bir müddət sonra Duğdoua bir sağlam oğlan uşaği dünyaya gətirir. (Təxmini hesablamalara görə bu hadisənin müasir təqvimlə 26 mart günü olduğu güman edilir.) Ancaq, bu bir fərqli körpə idi. Belə ki, o, heç vaxt ağlamaz, çiğirmazdi. Əksinə, bu körpə üzündə sakit bir təbəssümlə doğulmuşdu və onun çöhrəsində ilahi nur vardi.

Valideynləri körpəyə Qizili Ulduz mənasini verən Zərətuştra adini qoydular. Arəstinin də ailəsində bir oğlan uşaği dünyaya gəlmişdi ki, ona da Aypara (on dörd gecəlik Ay) mənasini verən Maidyoimangha, yaxud Maedioimaha* adini qoydular.

Zərətuştra aktiv, düşüncəli bir uşaq kimi böyüyürdü. O, olduqca iti dərrakə və müşahidə qabiliyyətinə malik idi. O, səthlərin görünməyən tərəfini görməyi və ən qaranliq mətləbləri öz ağlinin nuru ilə işiqlandirmaği bacarirdi. Təbii marağina görə o, hər bir məsələnin mahiyyətinə varid olmağa çalişirdi. Buna görə də o, öz dövrünün kahinlərinə və müdriklərinə çoxlu suallarla müraciət edirdi. Lakin, aldiği cavab və izahlar onu nadir hallarda qane edə bilirdi.

Doqquz yaşi olanda əhatəsindəki tanidiği adamlar onun şəhərin baş kahini ilə görüşünü təşkil elədilər ki, lazim bildiyi suallari müzakirə etsin. Zərətuştra belə bir bir söhbətin arzusunda idi.

Zərətuştra və baş kahinin söhbətləşdiyi bir gün onlar müxtılif suallarin müzakirəsinə çoxlu saatlar sərf edir. Buna baxmayaraq heç bir tərəf öz dəlillərilə qarşi tərəfi razi edə bilmir. Zərətuştranin qoyduğu suallarin dərinliyi kahini məəttəl eləmişdi və kahin, gərgin fikirlərə qapanaraq çixib gedir.

Zəkasinin nurlanmasindan əvvəl Zərətuştra Hvovi adli qadinla evlənmişdi. İyirmi yaşinda ikən o, ailəsini, tanişlarini, doğulduğu şəhəri tərk edərək uzaq bir mağaraya gedir və orada on il ömür sürməklə Həqiqətin idraki barədə düşünür.

Otuz yaşina çatanda Zərətuştra mağarani tərk edib doğma şəhərə geri dönür. Bu zaman Zərətuştra artiq Müdrik Ali Xaliq kimi Ahura Məzda-ni, habelə Onun maddi aləmdəki əsəri kimi Haqqin müdafiəçisi və quruculari olan yeddi Ameşa Spenta-ni dərk edə bilmişdi. O, kainatin idarə olunduğu qanunlari, Ahura Məzda, Ameşa Spenta-lar və Yaraniş (Xilqət) arasindaki vəhdət-rabitənianlamişdi.

Zəkasininin nurlanmasindan sonra Zərətuştra öz idrakini dünya ilə bölüşməyə üz tutur, ilk olaraq öz ailəsini və yaxinlarini təlimini dinləməyə dəvət edir və bir toplantida öz təlimini açiq şəkildə bəyan edir.

Təlimi dinlədikdən sonra Zərətuştranin əmisi oğlu Maedioimaha ona qoşulduğunu bildirir və həmin təlimin ilk ardicili sayilir. Daha sonra Hvovi öz ərinin təlimini qəbul edir və bu təlimin ikinci ardicili çevrilir. Bundan əlavə onlarin uşaqlari da bu dini təlimi qəbul edir. Həmin dini təlim BEH DİN (XEYİR DİNİ) adlanir.

Zərətuştra Beh Din təlimini öz həmşəhərliləri arasinda yaymağa başlayir. Şəhərin küçə və meydanlarinda öz dini təlimini təbliğ edən Zərətuştranin bu əməli öz ömrünü köhnə dini baxişlara həsr etmiş kahinlərdə qəzəb hissi oyatmişdi. Zərətuştra təbliğatin müxtəlif üsul və vasitələrinə əl atsa da, hər dəfə kəskin müqavimətə rast gəldi. Bu minvalla on iki il ərzində Zərətuştranin Beh Din təliminin cəmisi 22 ardicili vardi ki, bunlara onun öz həyat yoldaşi, uşaqlari və il şagirdi sayilan əmisi oğlu da daxil idi.

Öz şəhərində adamlardaki bu qaniqaraliq və qəzəbi görən Zərətuştra Beh Din təlimini yaymaq üçün digər şəhərlərə üz tutmaği qərara alir. O, öz tərəfdarlarini toplayir və özü də daxil 23 nəfərdən ibarət qrup yola düzəlir.

Yollarinda rast gəldikləri şəhər və məntəqələrdə onlar Beh Dini təbliğ edirdilər. Bir çox hakimlər və kahinlər öz adət etdikləri qaydalara söykənərək müqavimət edirdi. Sadə adamlar da əksərən öz bilməməzliyi və yeni dəyişikliklərdə şübhə ilə yanaşmasi səbəbindən bu təlimə az maraq göstərdi.

Nəhayət, onlar yaxin diyarin Padşahi Viştaspa barədə xoş sözlər eşitdilər. Viştaspa müdrik adam kimi taninirdi və onun yeni dini təlim barədə söhbətləri dinləyəcəyi şəksiz idi. Beh Din ardicillari yolunun səmtini həmin istiqamətə dəyişdi.

 

Viştasp Padşahin sarayina yetişəndə Zərətuştranin 42 yaşi vardi. Müdrik Viştaspa Zərətuştrani dinləmək üçün qəbul etdi həm də bu söhbətdə iştirak üçün ölkəsindəki bütün kahinləri və aqil insanlari çağirdi.

Bu toplantidaki söhbətdə Zərətuştra Beh Din barədə təsirli tərzdə danişdi və ona verilən suallari tam cavablandirdi. Padşah Zərətuştranin müdrik izah və cavablarindan riqqətə gələrək Beh Dini qəbul etdi. Padşahin əyanlari və rəiyyəti də onun ardinca Beh Dini qəbul edir. Bu hadisə Zərətuştranin ilk mühüm nailiyyəti idi.

Lakin Zərətuştrani gözü götürməyənlər onu ləkələyib Padşahin nəzərindən salmaqdan ötrü müxtılif vasitələrə əl atdi. Onlar sarayin bəzi kümc bucağina cadu və tilsim əlamətli şeylər ataraq Zərətuştrani cadugərlikdə ittihamlandirdilar. Zərətuştranin qaldiği otaqdan bu sayaq cadugərlik vasitələri "aşkar" ediləndən sonra o, zindana salinir. Bu hala düçüar olan Zərətuştra yemək və içməkdən imtina edir.

Bununla belə, əksər məsələlərdə olduğu kimi, bu məsələdə də xoşbəxt dönüş varmiş. Deyilənə görə, Padşahin sevimli qara ati müalicəsi məlum olmayan hansisa xəstəliyə tutulur. Saraydaki təbiblərdən heç biri müalicı üçün bir vasitə tapa bilmir. Zindanda saxlaninlan Zərətuştra bunu eşidəndə öz xidmətini təklif edir, Padşaha xəbər göndərir ki, qara ati sağalda bilər.

Viştaspa Zərətuştranin öz müalicəvi üsulunu tətbiq etməsinə icazə verir. Zərətuştra tezliklə ati sağaldir. Padşah öz əməlindən peşiman olaraq Zərətuştraya qarşi ittihamlarin yersiz olduğu qənaətinə gəlir. O, məsələni araşdirir və Zərətuştraya böhtan atanlari müəyyən edərək cəzalandirir. Bundan sonra Viştaspa Beh Dinin möhkəm ardicillarindan olur . Bu dövr Zərdüştiliyin tarixində təkan dövrü oldu. Viştaspanin ölkəsində öz təlimini təbliğ edəndən sonra Zərətuştra qonşu ölkələrə də səyahət edir. Tezliklə onun dini təliminin əks-sədasi uzaq ölkələrdən də gəlir. Zərətuştranin zəkasinin nurlanmasindan törənən dini təlimi biz bu gün Zərdüşti Dini kimi taniyiriq.

Padşah Viştaspa-dan sonra Zərdüştiliyi qəbul edənlərin birinciləri Hvoqva ailəsinə mənsub Fraşaoştra və Camaspa qardaşlari olmuşdu. Onlar sonadək Zərətuştranin şagirdləri olmuşlar və adlari Qatha-larda yad edilir.

Zərətuştranin əkdiyi ağac barədə daha bir rəvayət də var. Şahnamədə həmin rəvayət öz əksini tapir. Orada Zərətuştranin Kaşmarda olarkən bir Sərv ağaci əkdiyindən danişilir. İddia olunduğuna görə, Zərətuştra zamanindan bəri iki min ildən artiq ömr edən, Sərv-e Kaşmar adilə taninan həmin bu məşhur ağac bizim eranin 861-ci ilində Xəlifə Mütəvəkkilin əmrilə kəsilib.

Firdousinin Shahnamə epik* əsərinə görə Padşah Viştaspanin yetmiş yeddi yaşi olanda onun ölkəsi Turan qoşunlari tərəfindən zəbt olunub. Bu vaxt Turan döyüşçüləri Atəşkəde-yə daxil olaraq orada ibadət üstündə olan həştad kahini qətlə yetirir. İçəridə olan Zərətuştra da dua edir ikən ona hücum çəkən Turbaratur-un (Bratrakaraş) xəncər zərbəsilə üzləşir və həlak olur.

Qeyd:

Zərətuştra* - Zərdüşt peyğəmbərin məhz Azərbaycanda dünyaya gəlməsini tarixi fakt kimi qəbul edənlərin bir çoxu onun milliyyətcə Türk olmasi fikrini geniş təbliğ edir. Onlarin fikrincə, Zərdüşt peyğəmbər Azərbaycanda doöulmuşsa, demək Azərbaycanlidir və əgər Azərbaycanlidirsa, demək Türkdür, çünki Azərbaycanlilar Türkdür.

Zərətuştranin harada dünyaya gəlməsi məsələsi mübahisəlidir və burada nəyisə dəqiqləşdirmək mümkün deyil. Ona görə ki, onun barəsində yalniz şifahi rəvayətlərə malikik. Zərdüştün indiki Orta Asita ərazisində doğulduğunu da rəvayət edənlər var. Elə isə gəlin onu Özbək, Əfqan və s. adlandiraq?! Axi onun yaşadiği dövrdə indiki Orta Asiya ərazisində indiki xalqlar yaşamirdi. Bu gün Orta Asiyada yaşayan xalqlar uzaği 800 ildir ki, orada məskən salib. Hətta əgər Zərdüşt həqiqətən Azərbaycan ərazisində doğulsaydi belə, bu bizə imkan vermir ki, onu milliyyətcə Azərbaycanli və yəni türk adlandiraq. Əgər birisi Azərbaycanda doğulubsa, o, niyə mütləq türk sayilmalidir? Olmaz ki, Ləzgi, yaxud Taliş, yaxud Pars sayilsin? Məgər Azərbaycanda doğulanlar yalniz türk ailələırində doğulur? Hələ Zərdüştün yaşadiği uzaq keşmişdə isə onun doğulduğu məkanin adi Azərbaycan deyildi və orada hansi xalqlarin yaşadiği, onlarin hansi dildə danişdiği barədə nə peşəkar, nə də qeyri-peşəkar tarixçilərin əlində heç bir dürüst məlümat yoxdur. Zərətuştra bir bəşəri peyğəmbırdir ki, o, haminindir.

Duğdoua [Dughdowa]* - Diletant tarixçiliklə məşşul olan bir çoxlari səslənişdəki zahiri bənzərliyi əsas götürərək Dughdow adini "Doğdu" kimi təqdim edir və bunun da əsasinda Zərətüştranin anasinin Türk olmasini isbat etməyə çalişirlar. "Doğdu" hərəkət bildirən sözdür və hələ indiyədək belə bir əcaib qadin adina rast gəlinməyib. Zərdüştilərin bilgisində Zərətuştranin anasinin adi Duğdoua kimi yad edilir və bu adin hansi millətə aid olduğunu müəyyən etmək çətindir. Həm də bu bir şifahi rəvayətə əsaslanir ki, təxminən 3790 il bundan əvvələ aiddir. O zaman İndiki Azərbaycan ərazisində hansi milliyyətlər yaşayirdi və onlar hansi dillərdə danişirdi? Bunu kim bilir?

Maedioimaha* - Bu adin kökünü təşkil edən Mangh və Mah hər ikis İran dillərində Ay mənasini verir. Məsələn, "Ay" İranin qərb bölgələrinin dialektində "Mangh", şərq bölgələrinin dialektində isə Mah adlanir. Müasir Pars dili şərqi İran dialektinə əsaslandiğindan, Aya Mah deyilir. İranin qərbində qədimdən məskunlaşan digər İran tayfasi olan Kürdlər isə hələ də Aya Mang deyirlər.

Şahnamə* - Bu bir epik əsərdir və tarix kitabi deyil. Firdousi bu eposu yazanda məlumat üçün Avesta mənbələrinə, Zəndlərə müraciət edib. Şahnamədə adi gedən Turan dövləti bədii təxəyyülün məhsuludur və bu dövlətin İranin şərqində, yoxsa qərbində mövcud olmasi barədə heç nə deyilmir. Ümumiyyətlə, belə bir Turan dövlətinin mövcud olub olmamasi özü də sual altindadir. Turan dövləti əgər Viştaspanin dövründə mövcud imişsə, o dövrdə İranin qərbində də, şərqində də İrandilli tayfalar yaşayirdi. Bütün İndiki Orta Asiya, Əfqanistan ərazisi İrandillilərdən ibarət idi. Şahnamədə adi gedən Turanlilarinadlari da İranli adlaridir. Zərətuştrani qətlə yetirən Turanli əskərin də adi Türk əsilli ad deyil. Turanin harada yerləşməsi, əhalisinin hansi dillərdə danişmasi barədə tarix elminə heç nə məlum deyil. Barəsində "Heç nə" məlum olmadiğina görə Turan barəsində "Heç nə" də danişmaq olmur.Şahnamə tarix kitabi deyil, salnamə deyil, bir bəddi əsərdir.

 

Tərcüməçi:  

Faik Goulamov

 

 

 

 

 

 

 

 

 

                                                    Zerduşt dine

 

 

 

Doğru dünyada yeganə yoldur.