Səde tarixi
"Səde" Pars sözüdür və "yüz" (rəqəm) deməkdir.
Səde mühüm Zərdüşti bayramlarindan biri olmaqla Bəhmən ayinin 10-cu gününə (29 janvar) təsadüf edir. Səde, bəşəriyyətin od əldə etməsininin, o cümlədən zülmət və soyuq üzərində qələbə çalmasinin təcəssümüdür.
Firdovsi tərəfindən qələmə alinmiş "Şahnamə" eposuna görə, od ilk dəfə Huşəng Şah tərəfindən kəşf olunmuşdur. Bir soyuq qiş günündə Huşəng Şah öz əyanlarinin əhatəsində ovdan qayidanda, onlar yollarinin üstündə bir ilan görürlər. Huşəng Şah ilani hədəf alaraq öz çaxmaq daşindan yonulmuş döyüş baltasini atir. Lakin, şahin atdiği daş balta ilandan yan ötüb bir qaya parçasina dayir. Daş balta ilə daş qayanin birinin digərinə toxunmasindan parlaq qiğilcim hasil olur. Şaha maraq güc gəlir və o, öz daş baltasi ilə başqa bir çaxmaq daşini qaldirib bir-birinə çirpir. Şah, bu minvalla iki çaxmaq daşini bir-birinə o qədər vurur ki, nəticədə çoxlu gur qiğilcim əmələ gəlir ki, bununla ocaği alişdirmaq mümkün olur! Onlar beləcə od əldə etməyin yolunu öyrənirlər.
Huşəng Şah, vəcdə glərək ərz edir: "Bu qiğilcim, İlahinin bizə hədiyyəsidir. Bu odu ehtiram və qayği ilə saxlamaq gərək!". Göylərin hədiyyəsinə görə onlar İlahiyə həmd və dua edərək bu oddan altarda ocaq qaladilar, ocağin dövrəsində qizindilar və bu mühüm kəşfi bayram etdilər.
Bu tədbirə qatilan əhali də ocağin əhatəsində qizindi, yedi və içdi, rəqs etdi, nəğmə oxudu.
Huşəng Şah və onun əhalisi ömrlərində ilk dəfə olaraq öz soyuq və qaranliq mağaralarini işiğa qərq etdilər və işərini qizdirib, isti yerdə yatdilar. Huşəng Şah bu hadisəni heç vaxt unutmadi. O, "Səde" adlandirdiği bu bayrami hər il qeyd etdirdi və İlahiyə dualar oxudu.
İranda Səde bayraminin qeyd olunmasi
Biz Şahnamədən öyrənirik ki, Huşəng Şahin dövründən başlayaraq həm Zərdüşti və həm də qeyri Zərdüşti iranlilar hər il Səde bayramini qeyd etmişlər. Üşüncü böyük bayram mərasimi sayilan Səde, İranda dövlət səviyyəsində rəsmi olaraq 651 il Ərəb istilasindan sonraki yaxin müddətədək qeyd edildi. Sonralar Deyləmi hökmdari Mərdaviç Şahin əyyaminda Səde bayrami yenə yada düşdü və qeyd edilməyə başladi. Mərdaviç Şah İranin ərəbləşdirilməsi dövründə bir müddət İsfahanda hökmdarliq edən yeganə Zərdüşti hökmdar idi.
Hazirki günümüzdə Səde İranin Zərdüştilər yaşayan bütün şəhər və kəndlərində qeyd olunur və təmtəraqli keçirilir. Hər il Bəhmən ayinin 10-cu günü (29 yanvar) uşaqlar, böyüklər, qizlar, qadinlar axşamçaği bayram tonqali üçün qucaq-qucaq odun, çir-çirpi tədarük edirlər.
Bayram mərasimi günbatandan az sonra Mobedlərin (Zərdüşti ruhaniləri) oxuduğu dualardan və dini ayinlərin icrasindan sonra başlanir. Bu zaman Mobedlər manqaldaki odunlari alişdiri və bu ocaği yuxari qaldirib aparirlar. Əlində od aparan Mobedlərin ardinca ağ geyimli cavanlardan ibarət dəstə gedir. Bu dəstənin üzvləri əllərində məşəl və dəf tuturlar. Avestadan bəzi dualari oxuyandan sonra Mobedlər tonqali alişdirir və oraya odun parçalari qoyurlar. Bundan sonra bayrama toplaşanlar tonqalin dövrəsində musiqi sədalari altinda dövrə vurur, rəqs edir və nəğmə oxuyurlar. Onlar bu sayaq qədim dövrlərdə baş verən möcüzəvi kəşfi yad edirlər. Bu qayda ilə Səde bayram mərasimi gecəyə qədər davam edir.
Tərcüməçi:
Aydin Talibov
Zərduşt Merasemleri